Mundialın bütün 1/4 finalçıları müəyyənləşdi
30.09.2012 - 18:55
Mundialın bütün 1/4 finalçıları müəyyənləşdi
Futbol üzrə 17 yaşlı qızlar arasında Azərbaycanda təşkil olunmuş dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, bu gün C və D qruplarında növbəti görüşlər keçirilib.

C qrupunun lideri Yaponiya millisi Meksika yığmasına böyükhesabla qalib gəlib. Qrupun digər matçında Braziliya Yeni Zelandiyadan üstün olub. Bununla da hər iki komanda 1/4 finala vəsiqə qazanıb.

D qrupunda isə turnir cədvəlinin ikinci pilləsində qərarlaşan Almaniya millisi Uruqvayla üz-üzə gəlib. Digər oyunda lider Çin millisi qrupdan çıxmaq şanslarını saxlayan Qananı sınağa çəkib. Almaniya və Qana qalib gərərək növbəti mərhələyə yüksəlib. Bununla da DÇ-nin bütün 1/4 finalçıları bəlli olub.

Qeyd edək ki, bundan əvvəl ötən gün A və B qruplarında keçirilən oyunlardan sonra Nigeriya, Kanada, Fransa və KXDR komandaları 1/4 finala vəsiqə qazanmışdılar.

17 yaşadək qızlar arasında dünya çempionatı
III tur

30 sentyabr

C qrupu
Yaponiya - Meksika - 9:0
Hakimlər:
Morag Pirie (Şotlandiya), Nicolet Bakker (Hollandiya), Judit Romano (İspaniya), Claudia Umpierrez (Uruqvay)
"Şəfa" stadionu

Yeni Zelandiya - Braziliya - 3:4
Hakimlər:
Hyang Ok Ri, Kum Nyo Hong (hər ikisi - Koreya XDR), Lingling Zhang (Çin), Aissata Amegee (Toqo)
8 KM stadionu

Yaponiya
3
3
0
0
17-0
9
Braziliya
3
2
0
1
5-8
6
Meksika
3
1
0
2
1-10
3
Yeni Zelandiya
3
0
0
3
3-8
0


D qrupu
Almaniya - Uruqvay - 5:2
Hakimlər:
Gillian Martindale (Barbados), Suzanne Morisset (Kanada), Milagros Leonarde (Dominikan Respublikası), Etsuko Fukano (Yaponiya)
Lənkəran şəhər Mərkəzi stadionu

Çin - Qana - 0:2
Hakimlər:
Jana Adamkova, Lucie Ratajova, Adriana Secova (Çexiya), Karolina Radzik-Johan (Polşa)
8 KM stadionu

Almaniya
3
2
1
0
8-4
7
Qana
3
2
0
1
8-2
6
Çin
3
1
1
1
5-3
4
Uruqvay 
3
0
0
3
2-14
0