Palasio da “Neftçi” ilə oyuna gətirilmir
30.09.2012 - 13:36
Palasio da “Neftçi” ilə oyuna gətirilmir
“İnter”in baş məşqçisi Andrea Stramoççini komandasının hücumçusu Rodriqo Palasionu Bakıya “Neftçi” ilə oyuna gətirməmək qərarı verib. Apasport.az saytının məlumatına görə, o bildirib ki, Argentina millisinin də hücumçusu olan Palasionun zədəsi hələ indi-indi sağalır.

“O, bazar ertəsindən etibarən məşqlərə qoşulacaq. Amma hələ ki, “Neftçi” ilə oyuna hazır olmadığı üçün bizimlə getməyəcək” – deyə “İnter”in baş məşqçisi bildirib.

Qeyd edək ki, oktyabrın 4-də “Neftçi” ilə oyunda “İnter”in daha bir aparıcı futbolçusu olan hollandiyalı Uesli Sneyder də zədəsi səbəbindən çıxış etməyəcək.