Bojidar Bandoviç: 2-3 real qol imkanından yararlana bilmədik
30.09.2012 - 19:28
“Ötən həftə “Neftçi” kimi güclü rəqibi məğlub etmiş komandaya qarşı oynadıq”. Apasport.az saytının xəbərinə görə, bunu “Bakı” klubunun baş məşqçisi Bojidar Bandoviç deyib.
Topaz Premyer Liqasının VII turunda “Sumqayıt”a səfər matçında uduzan (0:1) “zolaqlılar”ın çalışdırıcısı bildirib ki, komandası qarşılaşmaya yaxşı başlayıb və ilk hissədə üstün oynadı: “Oyunumuzda çatışmayan qol idi. Rəqibin qapımıza doğru ilk həmləsi qolla nəticələndi. İkinci hissədə daha üstün oynadıq, hücumları artırdıq, lakin buraxdığımız qol oyunumuza təsir etdi. 2-3 dəfə real qol imkanından yararlana bilmədik. Rəqib də bizi əks-hücumda tuta bilərdi.
Ən azı bir qol vurmalı idik. Artıq qarşıdakı oyunlara köklənib, qələbə qazanmalıyıq”.

0
0