“Bir həftəyə çempionatın ən güclü 2 klubuna qalib gəldik”
30.09.2012 - 19:32
“Sumqayıt” Topaz Premyer Liqasının VII turunda doğma azarkeşləri önündə “Bakı”nı minimal hesabla məğlub etdi – 1:0.
Apasport.az saytının xəbərinə görə, görüşdən sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Bernhard Raab qazanılan qələbəyə şərh verib: “Oyuna görə komandama təşəkkür edirəm. Bir həftəyə çempionatın ən güclü iki komandasına qalib gəldik. Komanda hər iki oyuna yaxşı köklənmişdi.
Ötən gün Mübariz Orucovun oğlu rəhmətə getmişdi, bu oyunu onun xatirəsinə həsr edirik. “Neftçi”yə qarşı göstərdiyimiz oyunu bu gün göstərə bilmədik. İlk 20 dəqiqədə bəxtimiz gətirdi ki, “Bakı” qol vura bilmədi. İlk qol epizodundan yararlanıb hesabı açdıq.
İkinci hissədə “Bakı” üstünlüyü artırsa da, futbolçularım özlərini itirmədilər. Qapıçı Səlahət Ağayev də bugünkü qələbədə pay sahibi oldu. “Bakı”nın gələcək oyunlarda lazımi xallar yığacağına inanıram”.

0
0