“Kəpəz” qələbəyə layiq olmasa da, bəxt sayəsində 3 xalı qazandı”
30.09.2012 - 21:43
“Rəvan” klubunun baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının VII turunda “Kəpəz”lə (1:2) qarşılaşmadan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, bosniyalı çalışdırıcı oyundan sonra təşkil olunan mətbuat konfransında rəqibin qələbəyə layiq olmadığını söyləyib: “İkinci dönüşümdən sonra “Rəvan”da ilk oyunum idi. Komandanın potensialı var, işləmək lazımdır. Məğlubiyyətə baxmayaraq, komandadan razı qaldım. Taktiki səhvlərimiz oldu. Oyuna nəzarəti itirdik, ona görə iki qol buraxdıq. Heyətlə bağlı dəyişiklik olmayacaq, lakin futbolçular topla davranmağı bacarmalıdırlar. “Kəpəz” bu gün qələbəyə layiq olmasa da, bəxtləri sayəsində 3 xalı qazandılar”.
0
0