Elnur Allahverdiyev tüpürdüyü oyunda irəlilədi
30.09.2012 - 23:03
Elnur Allahverdiyev tüpürdüyü oyunda irəlilədi
Topaz Premyer Liqasının VII turunda Azərbaycan çempionatında 100 ən çox oyun keçirən futbolçulardan 11-i meydanda oldu. Apasport.az saytının xəbərinə görə, "Bakı" klubunun futbolçusu Cəmşid Məhərrəmov "Sumqayıt"a qarşı oynamaqla, bu siyahının üzvü olmaq hüququ əldə etdi. Ən böyük sıçrayış isə Vüqar Nadirovdan gəldi: 3 pillə. Tovuzda “Turan”la oyunda baş hakimə tüpürən Elnur Allahverdiyev isə 2 pillə qabağa gedib.

3.(3).Azər Məmmədov ("Kəpəz") 380
18.(18).Yaşar Abuzərov (“Qəbələ”) 277
31.(32).Ceyhun Sultanov ("Sumqayıt") 257
32.(33).Elmar Baxşıyev (“Qəbələ”) 256
50.(51).Cahangir Həsənzadə (AZAL) 236
51.(53).Aftandil Hacıyev ("Sumqayıt") 236
74.(77).Vuqar Nadirov (“Qarabağ”) 213
81.(81).Rahid Əmirquliyev (“Xəzər-L”) 208
91.(91).Rəşad Sadıqov (“Qarabağ”) 202
94.(96).Elnur Allahverdiyev (“Xəzər-L”) 199
100.(-).Cəmşid Məhərrəmov ("Bakı") 195

Rasim Əliyev