“Elnur Allahverdiyev futbolçuya yaraşmayan hərəkət etdi”
30.09.2012 - 23:01
“Elnur Allahverdiyev futbolçuya yaraşmayan hərəkət etdi”
“Ruslan Abışova göstərilən qırmızı vərəqə ilə razı deyiləm”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov deyib.

“Ağ-yaşıllar” Topaz Premyer Liqasının VII turunda səfərdə “Turan”a məğlub olduğu (1:2) oyunda 2 futbolçusu qırmızı vərəqə aldı. Millimizin də şərəfini qoruyan futbolçulardan Ruslan Abışov 20-ci, Elnur Allahverdiyevsə 77-ci dəqiqədə qırmızı vərəqə alıb meydan qovuldu.

Bununla bağlı danışan Hüseynov Abışova qarşı sərt qərar verildiyini bildirib: “Amma Elnur Allahverdiyevə göstərilən qırmızı vərəqə ilə razıyam. Çünki Elnur futbolçuya yaraşmayan hərəkət etmişdi”.

Xatırladaq ki, Allahverdiyev matçın baş hakimi Rəhim Nəcəfova tüpürmüşdü.