“Xəzər Lənkəran”ı son pillədə görmək çox ağırdı”
30.09.2012 - 23:00
“Ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Tovuza da 3 xal dalınca yollanmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Abışov deyib.
Cənub təmsilçisi Topaz Premyer Liqasının VII turunda Tovuzda “Turan”a məğlub oldu – 1:2. Qarşılaşmanın 20-ci dəqiqəsində meydandan qovulan Abışov komandasını azlıqda qoydu.
Amma Ruslan ona qarşı göstərilən qırmızı vərəqəni düzgün saymır: “Həmin epizoddan hansısa kobud oyuna yol verməmişəm. Adi oyun vəziyyəti idi. “Turan”ın futbolçusu arxamda idi. Topu uzaqlaşdırmaq istəyən zaman ayağım ona dəydi. Mən bunu bilərəkdən etmədim ki... Fikrimcə, hakim sarı vərəqə ilə kifayətlənə bilərdi. Amma o, daha sərt qərar verdi. Həmin epizodda hətta “Turan”ın futbolçusu da dedi ki, burda qırmızı vərəqəlik heç nə yoxdu. Bundan sonra oyunuz pozuldu. Məğlubiyyəti də bununla əlaqələndirmək olar”.
Abışov bildirib ki, artıq qırmızı vərəqə ilə bağlı AFFA-nın Apellyasiya Komitəsinə müraciət ediblər: “Təbii ki, həmin qərarla razılaşa bilmərik. Bununla bağlı, Apellyasiya Komitəsinə müraciət edilib. İnanıram ki, həmin qırmızı vərəqə ləğv olunacaq”.
Ruslan daha sonra komandasının düşdüyü vəziyyətdən danışıb. Onun sözlərinə görə, “Xəzər Lənkəran”ı turnir cədvəlinin sonuncu pilləsində görmək çox ağırdı: “Hamı bilir ki, “Xəzər Lənkəran” yarandığı gündən iddialı olub, həmişə mükafatlar uğrunda mübarizə aparıb. Amma təəssüf ki, bu gün sonuncu yerdəyik. Komandanı son pillədə görmək çox ağırdı. Halbuki, “Xəzər Lənkəran” həmişə ilk “üçlük”də olub. Əgər komandamızı bu vəziyyətə biz salmışıqsa, biz də çıxarmalıyıq”.

0
0