Braziliya yığması Lənkərana buraxılmadı
30.09.2012 - 23:01
Braziliya yığması Lənkərana buraxılmadı
17 yaşadək qızlar arasında dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində oktyabrın 5-də Lənkəran şəhər Mərkəzi stadionunda keçirilməsi nəzərdə tutulmuş qarşılaşmanın yeri dəyişdirilib. Apasport.az saytının xəbərinə görə, Almaniya – Braziliya matçı 8 KM stadionunda baş tutacaq.

Qeyd olunmuş oyuna bilet əldə etmiş azarkeşlər FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsinə müraciət edə bilər.