Rəşad Sadıqov: 5-6 ay oynaya bilmərəm
12.10.2012 - 17:10
“Dizimdəki zədə sağalmayıb. Qaçanda, ağrı olduğundan millinin məşqini yarımçıq tərk etməli oldum”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.
Millimizin 30 yaşlı müdafiəçi 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya yığması ilə oyuna hazırlıq prosesində aldığı zədənin əziyyətini çəkir.
Rəşadın sözlərinə görə, sabah Bakıda son məşq hər şeyə tam aydınlıq gətirəcək: “Bu gün komandaya istirahət veriblər. Millimiz sabah Bakıdakı hazırlığını başa vurub, ertəsi Moskvaya yollanacaq. Sabah bir də yoxlayacağıq. Əgər yenə ağrısa, getməyəcəyəm. Bu, elə zədədir ki, bir müddət müalicə olunmaq lazımdır. Mən də deyirəm ki, yığmaya görə ağrıkəsici iynə verib, meydana çıxıb, bunadək də məşq edim. Ancaq həkimlər bunu məsləhət görmür. Deyirlər ki, bununla zarafat etmək, riskə getmək olmaz”.
Sadıqov bildirib ki, həkimlər dizinə iynə vursa, sonradan vəziyyət lap pisləşə bilər: “Hətta 5-6 ay oynaya bilmərəm. Ağrılar olmasa, məşqdə iştirak edəcəyəm. Milli ilə yollana bilməsəm, sonra özüm Rusiya paytaxtına oyuna baxmağa gedəcəyəm”.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu oktyabrın 16-da keçiriləcək.

0
0