“Xəzər Lənkəran”da bu sistem hələ yoxdu” - MÜSAHİBƏ
12.10.2012 - 23:01
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi
- Premyer Liqada arxada qalan 8 turu necə dəyərləndirərdiniz?
- Dəyərləndirmək deyəndə, nəticələrimiz pisdir. İstəməzdim ki, belə alınsın. Mövsümə “Rəvan”la görüşlə start verdik. Yaxşı çıxış etdik. Uşaqlardan narazı qalmadım. Sonrakı iki görüş içərisində ən pis oyunumuzu “İnter”ə qarşı keçirdik. Məğlub olduğumuz oyunlara gəlincə, eləsi oldu ki, komanda pis təsir bağışlamadı. Məsələn, “Neftçi” ilə oyunda yaxşı çıxış etdik. Sonrakı 2 oyunda da uduzduq. Acınacaqlı hal idi. “Xəzər Lənkəran”ın adına yaraşmayan görüşlər idi. Uşaqlar sonradan toparlandılar. İstərdim ki, qələbənin ardı gəlsin.
- Uğursuz başlanğıcın səbəbini müəyyənləşdirmisiniz?
- Başlanğıc uğursuz olmadı. Sadəcə, ilk oyunlar hər zaman çətin keçir. Çünki komandalar bir-birini yaxşı tanımırlar. “Rəvan”ın oyununu biz görməmişdik. Onlar ölkə xaricində təlim-məşq toplanışından yeni dönmüşdülər. Həm də uşaqlar meydana bir qədər arxayın çıxmışdılar. Düşünürdülər ki, avrokuboklarda oynadıqlarına görə, tam hazırdırlar.
- Sizi daha çox “Karvan”dakı işinizə görə təqdir edirlər. “Xəzər Lənkəran”da da o cür kollektiv formalaşdıracağınız gözlənilirdi. Amma hələlik bunun şahidi olmamışıq. Nə mane olur?
- Niyə ki, “Xəzər Lənkəran”la Avropa Liqasında mərhələ adladıq.
- Amma “Karvan” kimi mobil komanda yarada bilməmisiniz...
- Komanda pis oynamır. Uduzduğumuz oyunlarla bağlı bəhanələr gətirmək istəmirəm. Belə olmamalı idi. İndi nəsə desəm, dərhal müzakirəyə çıxararlar. Mən də bunun ictimailəşməsini istəmirəm.
- Yeni təyin edilən vaxt sizi çox tənqid etmirdilər. Çünki kollektivi siz qurmamışdınız. Ancaq yayda kifayət qədər vaxtınız olsa da, seleksiya işlərini çox zəif həyata keçirdiniz. Yaxşı futbolçu tapmaq bu qədər çətindir?
- Seleksiya işi zəif yox, demək olar, ümumiyyətlə olmadı. Biz istəyən futbolçunu tapa bilmədik.
- Bəyəm bu qədər pulun qarşılığında Premyer Liqada yerlilərdən fərqlənəcək futbolçu tapılmadı…
- Gərək heyətə cəlb edəcəyin futbolçunu iş başında izləyəsən. Baxmamış, eləməmiş futbolçunu gətirib, sonra peşman olmaq istəmirəm. Bu cür məsələlərdə diqqətli olmaq lazımdır.
- Adətən hansısa futbolunu transfer etmək istəyərkən, onun oyununu 6 ay və ya 1 il izləyirlər. Bəs bizdə niyə bu cür seleksiya işləri aparılmır?
- Düz deyirsiz, bizdə hələ bu sistem qurulmayıb. Amma “Xəzər Lənkəran”da həmin strukturun yaradılmasına başlanıb.
- Kamran Ağayevin komandaya dönüşü barədə nə deyə bilərsiz?
- Bəli, geri döndü. Klub rəhbərliyi qapıçını bağışladı. Kamran hazırda yığmanın düşərgəsindədir. Rusiya ilə oyundan sonra komandaya qoşulacaq.
- Amma baş verənlərdən sonra istər-istəməz bir qırıqlıq yaranıb. Necə düşünürsüz, o, komandaya lazım olan qədər faydalı olacaqmı?
- Futbolçu meydana çıxanda, gərək komandası üçün can yandırsın. O, pis oynayırsa, özünə zərər vurur. Kiməsə acıq etmək olmaz. Əksinə, bacardığın qədər yaxşı çıxış etməlisən.
- O, baş məşqçi Hafiz Əliyevin rəhbərliyi altında məşq etməyəcəyini demişdi. Bu məsələni necə həll edəcəksiz?
- Kamran onun rəhbərliyi altında məşq edəcək. Komandaya qoşulduqdan sonra hər şey qaydasına düşəcək.
- Türkmənistanlı qapıçı Maksad Şahmuradov uzun müddət komandanın düşərgəsində baxışda olsa da, sonradan geri göndərildi. Bu Ağayevin dönüşü ilə bağlıdır?
- Xeyr, onu hələ Kamranın dönüşündən əvvəl göndərmişdik. Çıxışı bizi qane etmədi.
- Yığmanın oyunu ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasiləni necə dəyərləndirirsiz?
- İki gün Bakıda məşq etdik. Oktyabrın 11-dən isə hazırlığımızı Lənkəranda həyata keçiririk.

0
0