“Bakı” olmayacaq, başqa klubda oynayacam”
12.10.2012 - 23:03
“Bakı” klubunun kosta-rikalı hücumçusu Uinston Parksın apasport.az saytına müsahibəsi
- Komandanızın çıxışı sizi qane edirmi?
- Nə yaxşı deyə bilərəm, nə də pis. Komandamız yeni-yeni özünə gəlməyə başlayıb. Topla daha çox oynayırıq. “Bakı”nın tədricən ayılacağına və istədiyimiz nəticəni qazanacağına inanıram.
- Çempionluğa oynayan komanda hazırda 11 pillədədir. Bu fakt sizi üzmür?
- Bunun normal olduğunu iddia etmirəm. Amma biz də bu vəziyyətə düşməyi istəməzdik. Çalışacağıq ki, hazırkı situasiyadan çıxaq. Ehtiyatda iki oyunumuz var. Həmin qarşılaşmalarda qələbə qazanıb, irəliləməyə çalışacağıq.
- “Uğursuzluq zolağı”ndan çıxmaq üçün nə etmək lazımdı?
- Səbəblər çox ola bilər. İndi bunları sadalamağa ehtiyac yoxdur. Çalışmalıyıq ki, “qara zolaq”dan çıxaq. Konkret səbəbini biz də bilmirik.
- Baş məşqçi dəyişiklikləri komandaya hansı yenilikləri gətirib?
- Sözün həqiqi mənasında futbol oynamağa başlamışıq. Futbolda nəticə dərhal olmur. Bunun üçün zaman lazımdır. Məşqçi əlindən gələni edir ki, işlər qaydasına düşsün.
- Hazırkı komanda çempionluq uğrunda mübarizə aparacaq gücdədi?
- “Bakı” yaxşı oyunçulardan qurulub, güclü heyətimiz var. Əsas problem sonluqla bağlıdı. Yəni qapı qarşısında yaratdığımız vəziyyətlərdən lazımınca istifadə edə bilmirik. Amma komanda çempion olacaq gücdədir.
- Oynamamağınızla bağlı nə deyə bilərsiz?
- Son bir ildə zədələrlə bağlı problemlər yaşadım. Zədənin sağalması üçün isə vaxt lazımdır. Oyunun ritminə uyğunlaşmalısan.
- Artıq çəkiniz də var...
- Əvvəlkinə baxanda bir qədər çəkimi azaltmışam. Amma son zədədən sonra yenə 1-2 kq artıq çəki əmələ gəlib.
- Hazırkı vəziyyət əleyhinizədir. Komandadan kənarlaşdırıla bilərsiz...
- Dünyada yeganə komanda “Bakı” deyil. Kifayət qədər komandalar var. Bu o demək deyil ki, futbolum burda bitib. “Bakı” olmayacaq, başqa klubda oynayacam.
- Təklif almısınız?
- Xeyr.
- Baş məşqçi Bojidar Bandoviçin əsas tələbi nədən ibarətdir?
- Tələb edir ki, yaxşı nəticə qazanmaq üçün hər şeyimizi meydanda qoyaq. Özüm isə bərpa prosesi keçməliyəm.

0
0