Kapello: Azərbaycanla oyuna hazırlaşmaq üçün bütün vaxtımı sərf edəcəm
13.10.2012 - 10:18
“Zəngin təcrübəmə əsaslanaraq deyə bilərəm ki, zəif rəqibi dəyərləndirməmək təhlükəsi həmişə var”. Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının qrup mərhələsindəki rəqibi Rusiya millisinin baş məşqçisi Fabio Kapello milli komandamız barəsində danışarkən deyib.
Portuqaliya ilə matçdan sonra jurnalistlərə açıqlama verən italiyalı mütəxəssis yetirmələrini növbəti oyuna kökləmək üçün əlindən gələni edəcəyini bildirib: “Sizlərə söz verirəm ki, komandamı Azərbaycanla qarşılaşmaya lazımi dərəcədə kökləmək üçün əlimdən gələni edəcəm. Bu işə bugünkü şam yeməyindən qarşılaşmanın başlamasına qədər qalan bütün vaxtımı sərf edəcəm”.
Qeyd edək ki, Rusiya-Azərbaycan oyunu oktyabr 16-da 20:00-da “Lujniki” stadionunda baş tutacaq.

0
0