“Azərbaycan millisinə yuxarıdan aşağı baxmırıq”
13.10.2012 - 10:36
“Bu gün qələbə qazandıq, amma Portuqaliyada bizə çox çətin olacaq. Onların Azərbaycana qarşı ev oyunlarına baxmışıq. Ronaldo və komandası doğma meydanda çox güclü oynayır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya yığmasının hücumçusu Aleksandr Kokorin deyib.
Portuqaliya ilə matçdan sonra jurnalistlərə açıqlama verən futbolçu milli komandamız barəsində də danışıb: “Azərbaycanın necə rəqib olduğunu bilirik və onlara yuxarıdan aşağı baxmırıq. Düzdür, hələ ki, qrupun əsas favoriti bizik. Amma bu, yalnız hələ ki, belədir. Bu gün çox yorulduq. Azərbaycanla oyuna kimi tam bərpa olmalıyıq”.
Qeyd edək ki, Rusiya-Azərbaycan oyunu oktyabr 16-da 20:00-da “Lujniki” stadionunda baş tutacaq.

0
0