Həm qələbə, həm heç-heçə
13.10.2012 - 10:47
"Rəvan"ın həm əsas, həm də əvəzedici heyəti sınaq matçı keçirib. Apasport.az saytının xəbərinə görə, "Bakı"yla qarşılaşan əsas komanda çempionat matçında olduğu kimi, bu dəfə də heç-heçəyə razılaşıb.
Premyer Liqa görüşündə "zolaqlılar" son dəqiqələrdə məğlubiyyətdən qaça bilmişdisə (1:1), bu dəfə hesab açılmayıb.
"Rəvan"la "İnter"in əvəzedici komandalarının yoldaşlıq görüşü isə "bankirlər"in məğlubiyyəti ilə yadda qalıb. Zabrat qəsəbə stadionunda baş tutan qarşılaşma "Rəvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

0
0