Araz Abdullayevdən yeni xəbər
13.10.2012 - 11:05
Araz Abdullayevdən yeni xəbər
İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlimatına görə, komandamız Kanada ilə qarşılaşıb.

Matç millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qolun müəllifi “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev olub.