“Araz”ın təsəlli qələbəsi - YENİLƏNİB
13.10.2012 - 21:52
“Araz”ın təsəlli qələbəsi - YENİLƏNİB
Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun elit-raundunda çıxışını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz A qrupunun sonuncu matçında “Split”lə üzləşib.

İlk II turdan sonra hesabına xal yaza bilməyən komandamız artıq “Dördlər finalı”na yüksəlmək şansını itirmişdi. “Araz”a qrupunda 3-cü yeri təmin etmək üçün heç-heçə də yetərli idi. Amma buna baxmayaraq, komandamız özü kimi hesabına xal yaza bilməyən və turnirin əvvəlindən qrupun autsayderi hesab edilən Xorvatiya təmsilçisi üzərində inamlı qələbə qazanmaqla təsəlli tapdı. Maraqlıdır ki, oyunda son nöqtəni komandamızın və millimizin də qapıçısı olan Elnur Zamanov qoyaraq, qol vurmaq bacarığının da olduğunu göstərdi.


21:00. “Araz” – “Split” - 5:1
QOLLAR: Vitali Borisov, 1, İvitsa Osibov, 15-öz qapısına, Maşado Nilson, 17, Rizvan Fərzəliyev, 19, Elnur Zamanov, 39 - İvitsa Osibov, 4