Dağdakı, dərədəki, təpədəki, sudakı stadionlar - FOTOSESSİYA
13.10.2012 - 12:54
Dağdakı, dərədəki, təpədəki, sudakı stadionlar - FOTOSESSİYA
Dünyanın ən böyük stadionu hansıdır? Cavabı uşağa da bəlli! Bəs ən qəşəng? Bax, bu, bir az mübahisəlidir. Elə ən böyük “Marakana”dan tutmuş, “Nou Kamp”a, “Old Trafford”a qədər zövqlər müxtəlif olacaq.

Amma uzaq Solomon adalarından tutmuş Braziliyaya, Alyaskadan tutmuş Tokioya qədər yer kürəsində futbol oynanılmayan bircə ölkə, şəhər yoxdur, məncə. Futbolu da ki stadionda oynayarlar. Amma, baxır hansı stadionda.

Elə bax o stadionları təqdim edəcəyik sizlərə. Azərbaycansayağı desək, əndrəbadi stadionları; dağın ətəyində, dərədə-təpədə, suyun içində, göyün üstündə, daha harda, harda.

Bu stadionların əksəriyyəti stadion üçün qəti uyğun olmayan yerlərdə tikilib. Məsələn, Venesuelladakı adı paytaxtın adını daşıyan “Karakas” stadionu düz yolun kənarındadır. Yaponiyanın Osaka şəhərindəki 32 min yerlik “Nankai Hawks” stadionu isə okeanın sahilində.

Braziliyanın Kuritiba komandasının ev oyunlarının keçirildiyi “Janguito Malucelli” isə təpəlikdə yerləşir. Hələ Farer adalrının yığmasının çıxış etdiyi stadionu demirik. Topa güclü zərbə vursan…dənizə düşəcək.

Amma nə olsun? Stadionunu harada yerləşməsinin nə önəmi? Təki həmişə futbol olsun. Təki bol qol olsun. Azarkeşlər sevinsin. Stadion “Gənclik” metrosunun yaxınlığında yerləşsə də?

Səbuhi MƏMMƏDLİ