Şirokov: Azərbaycan yığmasını qan bahasına olsa belə, məğlub etməliyik
13.10.2012 - 14:40
“Azərbaycanla qarşılaşma turnir cədvəli baxımından Portuqaliya ilə matçdan daha önəmlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya milli komandasının yarımmüdafiəçisi Roman Şirikov deyib.
“Zenit”in şərəfini qoruyan futbolçu komandamıza qalib gəlməyin vacibliyindən danışıb: “İndi biz qrupun favoriti və lideriyik. Amma, təkrar edirəm Azərbaycanla oyun çox vacibdir. Onları burnumuzdan qan gəlsə belə, nəyin bahasına olursa olsun məğlub etməliyik. Favorit olduğumuzu təsdiqləmək üçün bu mütləq şərtdir”.
Qeyd edək ki, Rusiya – Azərbaycan qarşılaşması oktyabrın 16-da 20:00-da “Lujniki”də keçiriləcək

0
0