“Bütün diqqətimizi Azərbaycanla oyuna yönəltmişik”
13.10.2012 - 15:13
“Portuqaliya üzərində qazanılan qələbə bizi çox sevindirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiya millisinin hücumçusu Artyem Dzyuba Portuqaliya üzərində qazanılan qələbədən (1:0) sonra deyib.
“Spartak”ın üzvü artıq Azərbaycanla oyunu düşündüklərini bildirib: “Portuqaliya ilə matç artıq arxada qaldı. Bu oyunu unutmuşuq. Tezliklə Azərbaycanla oynayacağıq, artıq bu qarşılaşmanı düşünmək lazımdır. İndi bütün diqqətimizi yalnız bu oyuna yönəltmişik. Əlbəttə ki, Azərbaycana qarşı oynamaq istərdim. Amma bu matçda da Portuqaliya ilə qarşılaşmada start heyətində yer alanlar ilk dəqiqələrdən meydana çıxsalar daha düzgün olar”.
Qeyd edək ki, Rusiya – Azərbaycan oyunu oktyabrın 16-da 20:00-da “Lujniki”də keçiriləcək.

0
0