Futbolu necə və kimin üçün oynayaq?
13.10.2012 - 23:02
“Bəziləri elə fikirləşir ki, futbol ölüm-qalım məsələsidi. Məncə, daha vacib məsələdi”. Bilmirəm kimin sözləridi, amma səhv etmirəmsə, bunu ilk dəfə məşhur rusiyalı şərhçi Vladimir Pereturindən eşitmişəm.
Hə, futbol doğrudan da dünyada bir nömrədi. Futbolun əsas gözəlliyi qoldu, amma ona rövnəq verən isə azarkeşlərdi. Bir deyim də var; əgər ər arvadı, arvad da futbolu başa düşsəydi, dünyada xoşbəxt nikahların sayı həddən artıq çox olardı.
Amma di gəl, ərin sevimli komandası uduza, arvad da həmin vaxt rəfiqəsi ilə gülü-gülə telefonla danışa. Evdə düşəcək qalmaqala söhbət yox.
İndi görün stadionda nələr baş verir, komanda uduzanda.
Srağagün rumınları qəbul edən türklərin oyununa baxanda yadıma başqa bir aforizm düşdü. Yadımda deyil kimin sözləridi: “Türkiyə popçular və topçular ölkəsidi”. Hə, bir komandanınkı onu tərk etmiş oyunçusunu ölkənin baş naziri qəbul edə, yola sala, həqiqətən də beləymiş.
Oyunun sonlarına yaxın türk azarkeşlərin hiddətini başa düşmək çətin deyildi, məncə. Amma futbolçuları söymək, onlar hiddətlənməyə nə hacət; onlar necə bacarırdılar elə də oynayırdılar. Elə bizimkilərə də qəzəblənməyə ehtiyac yoxdur.
Ayın 16-da yenə Rusiyadan, Moskvanın “Lujniki” stadionundan üzü qarlı-deyirlər qar yağacaq? - qayıtsalar belə, qınamayaq onları. Onlar necə bacarırlarsa, elə də oynayacaqlar. Hava şəraitinin pis olması isə bizimkilərin əlavə üstünlüyüdür. Çünki ən azı əldə bir bəhanə olacaq.
Əslində, bizim futbolçuları - lap elə Marikalı rumınların əlində əsir-yesir qalan türkləri qınamaq da olmaz. Əlbəttə, türklər də, bizimkilər də futbolun qaydalarını gözəl bilirlər, amma di gəl həmin qaydalardan istifadə edə bilmirlər.
Hərdən adama elə gəlir ki, Azərbaycanda futbol ona görə mövcuddu ki, başqaları onu necə oynamamağı öyrənsinlər.
Etiraf etməliyik; Rövnəq Abdullayev AFFA prezidenti seçildikdən sonra futbolun kütləviliyi artdı, futbola kütləvi paralar da axdı. İndi azərbaycanlı futbolçu legioner həyatı yaşamaq istəmir, çünki evinin içində qat-qat yaxşı qazanır. Klubların büdcəsi də yetərli.
“Neftçi”nin, “Bakı”nın, “Xəzər-Lənkəran”ın büdcəsinə Şərqi Avropanın əksər klubları həsəd apara bilər. Amma ortada futbol yoxdu. Niyəsini isə izah edən.
Futbol olmayan yerdə isə azarkeş yoxdu. Azarkeş olmayan yerdə sevinc. Sevinc isə ona görə olur ki, qol vurulur. Qol isə ona görə vurulmur ki, futbol yoxdur. Gördünüzmü hər şey nə qədər sadə…
Səbuhi MƏMMƏDLİ

0
0