İlham Əliyev UEFA prezidentini qəbul edib
13.10.2012 - 20:07
İlham Əliyev UEFA prezidentini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev UEFA-nın prezidenti Mişel Platinini qəbul edib. Apasport.az saytının məlumatına görə, görüşdə FİFA U-17 qadınlararası futbol üzrə dünya çempionatının Azərbaycanda yüksək səviyyədə təşkil olunmasından məmnunluq ifadə edilib, yarışların ölkəmizdə böyük maraqla izlənildiyi bildirilib.

Görüşdə, həmçinin Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən futbolun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin önəmi vurğulanıb.