“Azərbaycanla oyundan nə gözləyirəm? Ancaq qələbə!”
13.10.2012 - 23:00
“Azərbaycanla oyundan nə gözləyirəm? Ancaq qələbə!”
“Azərbaycanla oyundan nə gözləyirəm? Ancaq qələbə!” Apasport.az saytının məlumatına görə, bu sözləri DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Rusiyanın Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov deyib.

O, milli komandamızla matçda hesabın böyük olmasını istəmədiyini bildirib: “Əlbəttə ki, qazanılan qələbə gözəl oyunla müşayiət olunanda və böyük hesablı olanda daha yaxşı olur. Amma, Azərbaycanla oyunda istərdim ki, yığmamız minimal hesabla qalib gəlsin”.

Qeyd edək ki, Rusiya – Azərbaycan matçı oktyabrın 16-da 20:00-da “Lujniki”də keçiriləcək