Aleksandr Səmədov millimizi təriflədi
14.10.2012 - 22:07
Rusiya yığmasının futbolçusu Aleksandr Səmədov Rusiya mətbuatına açıqlamasında millimizlə oktyabrın 16-da keçiriləcək oyundan danışıb. Apasport.az saytının xəbərinə görə, soydaşımız bildirib ki, komandası ancaq qələbə haqda düşünür.
“Məqsədimiz qalib gəlməkdi. Amma çətin olacağını bilirik. Rəqib pis komanda deyil. Yaxşı müdafiə olunmağı bacarırlar. İsraillə oyunlarının videoyazısına baxmışıq. Bundan başqa, səfərdə Portuqaliya önündə də 70 dəqiqə duruş gətirdilər. Son iki topu isə son dəqiqələrdə buraxdılar” – deyə, Səmədov bildirib.
O, həmkarımızın Azərbaycan millisini seçməməyi ilə bağlı verdiyi suala isə qısa cavab verib: “Mən onsuz da əvvəldən demişdim ki, Rusiya millisində oynamaq istəyirəm. Odur ki, yenidən bu mövzuya qayıtmaq istəmirəm”.

0
0