“Barselona” 1-ci, “Qəbələ” 12-ci
15.10.2012 - 08:59
“Barselona” 1-ci, “Qəbələ” 12-ci
Sankt-Peterburqda 12 yaşadək futbolçular arasında keçirilən “Young Talents – 2012” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qəbələ” son oyunda 11-ci yer uğrunda mübarizədə Rusiyanın “Sinara” klubu ilə üz-üzə gəlib.

Bu oyunda 0:1 hesabı ilə uduzan təmsilçimiz 22 komandanın iştirak etdiyi turniri 12-ci yerdə bitirib.
Kuboku isə finalda “Zenit”i 3:0 hesabı ilə məğlub edən “Barselona” qazanıb. Turnirin təltifetmə mərasimində qaliblərə kubok və medallar, bütün iştirakçılara xatirə diplomları təqdim olunub.