Leonid Slutski millimizə şans vermədi
15.10.2012 - 10:27
Leonid Slutski millimizə şans vermədi
“Rusiya milisinin oyununda Portuqaliya ilə matçdakı canfəşanlıq olmayacaq. Elə stadion da çətin ki ağzına kimi dolu olsun”. Apasport.az saytının məlumatına görə, bu sözləri Moskva MOİK-inin baş məşqçisi Leonid Slutski deyib.

41 yaşlı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Rusiya – Azərbaycan oyunu haqda fikirlərini açıqlayıb: “Əminəm ki, rusiyalı futbolçuların ustalıq səviyyəsi və təcrübəsi Azərbaycan yığmasını məğlub etməyə kifayət edəcək. Axı onlar əla başa düşürlər ki, seçmə mərhələdə xal itirmək olmaz”.