“Azərbaycan millisindən çəkiniriksə, mundialda nə işimiz var?” MÜSAHİBƏ
15.10.2012 - 11:45
Rusiya millisinin keçmiş futbolçusu Sergey Kiryakov 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah yığmamızla keçiriləcək oyunu öncəsi müsahibə verib. Apasport.az saytının xəbərinə görə, “Sport uik-end”ə danışan sabiq hücumçu bildirib ki, həmyerlilərinin hər hansı uğursuzluğunu heç kim qəbul etməyəcək.
- Azərbaycan millisi ilə oyun necə olacaq?
- Bəzi narahatlıqlar var ki, bu da uşaqların əsas rəqib üzərindəki qələbədən sonra arxayınlaşmasıdır. Bir məqam da var, komanda belə ağır oyundan sonra tez bir zamanda bərpa oluna biləcəkmi? Çox güman Azərbaycan biz Portuqaliyaya qarşı oynadığımız kimi oynayacaq.
- Bu qarşılaşma portuqaliyalılarla görüşdən daha çətin olacaq?
- Bəli. Sabah biz daha çox güc sərf etməliyik. Amma yenə də hər şey Kapellonun əlindədir.
- Hazırkı Azərbaycan yığması haqda hansı fikirdəsiniz?
- Düzünü desəm, bu komandanın oyunu görməmişəm. Yalnız onların qazandıqları nəticələr barədə məlumatlıyam. Əsas məsələ bunda deyil, əgər biz Azərbaycandan çəkiniriksə, onda dünya çempionatında nə işimiz var?!
- Rəqib komandanı Berti Foqts kimi nüfuzlu baş məşqçinin çalışdırmasına münasibətiniz necədir?
- Onu yaxşı tanıyıram. Amma Rusiya yığmasının futbolçuları onlardan dəfələrlə səviyyəlidirlər. Sadəcə, bir problem var: uşaqlar bu oyuna necə yanaşacaqlar? Anlayıram ki, Kapello bu mənada çox çalışacaq ki, onları bu oyuna lazımi qədər kökləsin. Ümid yalnız onadır ki, uşaqların hamısı təcrübəlidir. Portuqaliya üzərində qazanılan qələbədən sonra, Azərbaycanla matçda hər hansı uğursuzluğu heç kim qəbul etməyəcək. Bu sadəcə, çox gülməli görünəcək.
- Necə düşünürsüz, Fabio Kapello “qalib heyəti dəyişməzlər” prinsipinə söykənəcək?
- Məncə, hə. Düşünürəm ki, dəyişiklik yalnız ciddi şeyin baş verəcəyi halda ola bilər.
- Sabahkı oyunda azarkeş çox olacaq?
- Əminəm ki, stadion ağzınacan dolacaq. Axı bu komandamızın bu il keçirəcəyi sonuncu matçdır və azarkeşlər yığmamızı lazımınca dəstəkləmək istəyəcəklər.

0
0