Berti Foqts - mətbuat konfransında qonaq kimi
15.10.2012 - 12:04
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsinin Rusiya ilə sabah keçiriləcək oyunu ərəfəsində baş tutan mətbuat konfransına tamaşaçı qismində qatılıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bugünkü tədbirə köməkçisi Olaf Yansenlə birlikdə gəlib. Moskvanın "Golden Ring/Zolotoe Koltso" otelindəki konfransda jurnalistlərin suallarını da baş məşqçinin özü yox, köməkçisi cavablandırır.
0
0