Mahir Şükürovun məğlubiyyət şərhi
26.10.2012 - 10:40
“2010-cu ildə “Anji”nin heyətində “Rubin”ə qarşı oynamışdım. Onda da Kazan klubu çox güclü idi və indi zəifləməyib”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Avropa Liqasının qrup mərhələsində “Rubin”lə matçdan sonra deyib.
Azərbaycan yığmasının üzvü 0:1 hesabı ilə uduzduqları oyunda yarımmüdafiə xəttinin zəif təsir bağışladığını bildirib: “Rubin”in səviyyəli legionerləri var. Bu gün yarımmüdafiə xəttində çox şey alınmadı, buna görə müdafiəçilərimizin üzərinə çox iş düşdü. Amma biz kədərlənmirik. Hələ qabaqda “Rubin” və “Partizan”la ev oyunlarımız var. Yəni, şansımız qalır”.

0
0