Yığmamızın baş məşqçisi hakimi günahlandırır
26.10.2012 - 21:06
Yığmamızın baş məşqçisi hakimi günahlandırır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov İslandiyaya 1:2 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, millimizin çalışdırıcısı ilk dəqiqədə buraxılan qolun oyunlarına təsir etdiyini söyləyib: “Təəssüf ki, oyunun başlanğıcı bizim üçün uğursuz oldu – birinci dəqiqədə qol buraxdıq. Təbii ki, bu, oyunumuza təsirsiz ötüşmədi. Bununla belə, komandamızın pis oynamadağını deyə bilərəm. Hakimin də nəticəyə təsir etdiyini bildirməliyəm. İki epizodda rəqibimizin qapısına penalti təyin olunmalı idi. Lakin hakim bunu etmədi. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, təəssüf ki, alınmadı”.
affa.az