“Simurq” – AZAL: Az qalmışdı dava düşə
26.10.2012 - 21:39
“Simurq” – AZAL: Az qalmışdı dava düşə
Topaz Premyer Liqasının X turunun “Simurq” – AZAL matçından sonra mübahisə yaranıb. Apasport.az saytının xəbərinə görə, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra meydan sahiblərinin futbolçusu Mario Bojiçlə “təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov arasında söz davası düşüb.

Bundan sonra hər iki komandanın futbolçuları məsələyə müdaxilə edib. Məlum olub ki, Sadıqov Bojiçin sərt oynamasından şikayətlənirmiş.

Məsələ ilə bağlı apasport.az saytına açıqlama verən Sadıqov Bojiçə eturaz etdiyini bildirsə də, hansısa qalmaqalın baş vermədiyini söyləyib: “Bojiç oyun ərzində futbolçumuz Ruslan Tağızadəyə qarşı kobud oynayırdı. Görüş başa çatandan sonra ona dedim ki, gənc futbolçuya qarşı belə sərtlik etməzlər. Bu hərəkət sənə yaraşmaz”.