Millimizə namizəd futbolçu Rusiya çempionatında dubl etdi
27.10.2012 - 09:50
Azərbaycan milli komandasına namizəd olan futbolçu Emin Mahmudov Rusiya çempionatında fərqlənib. Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi çıxış etdiyi Moskva “Spartak”ının heyətində əvəzedicilərinin çempionatının XXIII turunda “Mordoviya” ilə ev oyununda dubl edib. Bunu 44 dəqiqəyə (14 və 58-ci dəqiqələrdə) edən Emin bununla da komandasının böyük hesablı qələbəsinin əsas pay sahiblərindən olub. 3:0 hesabı ilə qalib gələn “Spartak” 31 xalla turnir cədvəlində vahid liderliyə yüksəlib.
Qeyd edək ki, AFFA-nın rəsmi təklif göndərdiyi Mahmudov hələ ki Rusiya yığmasında oynayır.
Qeyd edək ki, AFFA-nın rəsmi təklif göndərdiyi Mahmudov hələ ki Rusiya yığmasında oynayır.
0
0