Yığmamızın futbolçusunun klubunda məşqçi istefaları
27.10.2012 - 11:01
Yığmamızın futbolçusunun klubunda məşqçi istefaları
Azərbaycan milli komandasının futbolçusu Elhad Nəzirlinin çıxış etdiyi Moldovanın “Milsami” klubunun məşqçilər korpusunda dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Moldovanın ən yaxşı futbolçulardan olmuş, vaxtilə millimizə qol vuran Sergey Kleşenko komandadan gedib. Keçmiş hücumçu bunu rumıniyalı Ştefan Stoykanın baş məşqçi postuna gəlişindən sonra edib.

Kleşenko əvvəl “Milsami”ni çalışdırırdı və almaniyalı Rayan Sobelin baş məşqçi postuna gəlişindən sonra onun köməkçisi olub. Elhadı millimizi çalışdıran həmyerlisi Berti Foqtsa məsləhət görən Sobel istefa verdikdən sonra Orgeyev klubu “sükanı arxası”na keçmiş baş məşqçisini gətirməyi qərara alıb. Belə ki, Stoyka 2 il öncə “Milsami”ya rəhbərlik edərək, ona tarixində ilk dəfə bürünc medal və avrokuboklara vəsiqə qazandırıb.

Qeyd edək ki, Foqts Rusiya yığması ilə səfər oyununa apardığı Nəzirliyə şans vermədiyindən, 20 yaşlı müdafiəçi hələ ki millimizin debütantı sayılır.