Avroliqada ən gənc komanda hansıdır?
27.10.2012 - 12:00
Avroliqada ən gənc komanda hansıdır?
Norveçin “Molde” klubu Avroliqanın tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted”də çıxışı ilə məşhurlaşan norveçli hücumçu Ole-Qunnar Sulşerin baş məşqçisi olduğu “Molde” 2009-cu ildən bu adla keçirilən turnirin tarixində ən gənc komanda olub. Bu, son turda Buxarest “Styaua”sına 0:2 hesabı ilə uduzduqları oyunda reallaşıb ki, həmin matçda Norveç təmsilçisində orta yaş həddi 21 il 336 gün olub.

Həmin gün “Molde”nin heyətində ən yaxşı futbolçu 27 yaşlı kapitanı Borre Stenslid olub. Digər futbolçuların çoxunun yaşı 20-dən çox olmayıb.
Sulşer isə ötən mövsüm klubun tarixinə ilk titul qazandırmağı ilə düşüb. Avroliqada yer aldığı E qrupunda “Ştutqart” üzərində 2:0 hesablı qələbə sayəsində 3 xalı olan “Molde”ni həftəsonu “Rusenborq”la oyun gözləyir ki, bunda cari mövsümdə çempionluğun taleyinə aydınlıq gələcək.