Bruno Bertuççi: İndi hamı məndən soruşur ki... – MÜSAHİBƏ
27.10.2012 - 12:22
Avroliqada Azərbaycanı təmsil edən “Neftçi”nin braziliyalı futbolçusu Bruno Bertuççinin apasport.az saytının Kazana ezam olunmuş əməkdaşına müsahibəsi
- “Rubin”ə 0:1 hesabı ilə uduzduğunuz səfər oyunu haqda nə düşünürsünüz?
- Çox çətin oyun oldu. Tez qol buraxmağımız bizə çətinlik yaratdı.
- Komandamız oyununu göstərə bilməyərək, az hücum etdi...
- Rəqib bizə pressinq edirdi və hücuma keçməyə imkan vermirdi. Bu üzdən oyunumuzu göstərmək çətin idi.
- Qol epizodunu necə dəyərləndirərdiniz? Bu, oynadığınız sol cinahda top itkisindən vuruldu...
- Bu, oyun epizodu idi. Top mənim ayağıma dəydi və rəqibə düşdü. Bu zaman edilən ötürmədən sonra qapımıza qol vuruldu.
- Bunda öz səhvinizi nə dərəcədə görürsünüz?
- İndi hamı məndən soruşur ki, qol niyə sən tərəfdən vuruldu? Bu, futboldur, səhvlər olur. Qapımıza qol mənim də cinahımdan ola bilərdi, digər cinahdan da.
- Qrup mərhələsində oyunların sayını yarılamısınız. Qarşıdakı 3 oyundan nə gözləyirsiniz?
- İndi ardıcıl 2 ev oyununa çıxacağıq. Çalışacağıq ki, bu matçlarda qalib gələrək, azarkeşlərimiz sevindirək. Ümumiyyətlə, qarşıdakı oyunlarımızdan yalnız qələbə gözləyirəm.
Mehman SÜLEYMANOV

0
0