“Milan”ın prezidenti cəzasını yüngülləşdirə bildi
27.10.2012 - 13:02
“Milan”ın prezidenti cəzasını yüngülləşdirə bildi
İtaliyanın “Milan” klubunun prezidenti Silvio Berluskoni cəzasının yüngülləşdirilməyinə nail olub. Apasport.az saytının məlumatına görə, 76 yaşlı keçmiş baş nazir haqq;nda vergilərdən yayınmağa görə çıxarılan 4 illik hökm 1 ilə enib. Berluskoni eyni zamanda 10 milyon cərimə ödəməlidir. Üstəlik, ona növbəti 3 il hansısa dövlət vəzifəsi daşımağa qadağa qoyulub.