“İnter”də 22-ci
28.10.2012 - 14:49
Premyer Liqanın X turu çərçivəsində keçirilmiş “Bakı” – “İnter” görüşü qonaqlar üçün əlamətdar olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “bankirlər”in heyətində cari mövsümdə sayca 22-ci futbolçu meydana çıxıb.
Söhbət oyunun 87-ci dəqiqəsində oyuna daxil olan 19 yaşlı Ruslan Cəfərovdan gedir. Gənc futbolçunun adı daha öncə də çempionatın 2 oyununda “İnter”in sifariş ərizəsinə daxil edilməsinə baxmayaraq, meydana çıxmamışdı. Lakin "Bakı"ya qarşı keçirilən qarşılaşmada Ruslan komandanın heyətində rəsmi görüşlərdə debüt edib.
Xatırladaq ki, cari mövsümdə "İnter"in heyətində Premyer Liqada debüt edən futbolçuların sayı 11-ə çatdı. Bunlar- Slavço Georgievski, Ruslan Əmircanov, Tales Şütz, Revaz Tevdoradze, Brüs Abdulaye, Xaynts Barmettler, Giorgi Adamiya, Fuad Bayramov, Djako Arafat, Abdulla Abatsiyev və Ruslan Cəfərovdır.
Ümumiyyətlə, cari mövsümdə "İnter"in heyətində 22 futbolçu meydana çıxıb. Onlardan 9-u yerli, 13-ü isə leqionerdir. Hər 9 oyunda əvəzetməsiz meydanda Vladimir Levin və Slavço Georgievski olublar. 776 dəqiqə meydanda Brüs Abdulaye, 722 dəqiqə Arif Daşdəmirov, 708 dəqiqə isə Arif Daşdəmirov rəqiblərə qarşı mübarizə aparıblar.
Cari mövsümdə "İnter"in heyətində meydana çıxan ən gənc futbolçu 17 yaşlı Fuad Bayramov, ən yaşlı oyunçu isə 33 yaşlı qapıçı Giorqi Lomaya olub.

0
0