“Neftçi”yə qarşı məşqlərdə hazırlaşdığımız kimi oynadıq”
28.10.2012 - 18:18
“Neftçi”yə qarşı məşqlərdə hazırlaşdığımız kimi oynadıq”
“Çox yaxşı nəticə əldə etdik. Bizim komandanın “Neftçi” qədər güclü və sürətli komanda olduğunu düşünmürəm”. Apasport.az saytının məlumatına görə, bunu “Rəvan”ın baş məşqçisi Kemal Alispahiç “Topaz” Premyer Liqasının X turunda “Neftçi” ilə görüşdən sonra mətbuat konfransında deyib.

O, 2:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Neftçi” Avroliqa oyunundan sonra yorğun idi. Məşqlərdə hazırlaşdığımız kimi oynadıq. Futbolçularım topla yaxşı oynadı, taktiki tapşırıqları yerinə yetirdilər. “Neftçi”nin təhlükəli hücumlarının qarşısını ala bildik. Qalib gəldiyimiz üçün komandaya təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, “Rəvan” qələbə sayəsində turnir cədvəlində 6-cı pilləyə yüksəldi.