Millimizin futbolçusu Türkiyədə qələbəyə sevindi
28.10.2012 - 18:33
Millimizin futbolçusu Türkiyədə qələbəyə sevindi
Azərbaycan millisinin futbolçusu Cavid Hüseynovun şərəfini qoruduğu "Adana Dəmirspor" Türkiyə çempionatının I liqasında növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçimizin komandası “Şanlıurfaspor”un qonağı olub.

Qarşılaşma 3:2 hesabı ilə "Adana Dəmirspor"un xeyrinə başa çatıb. Hüseynov isə meydana 69-cu dəqiqədə daxil olub.

Qeyd edək ki, 9 qarşılaşmada 14 xal toplayan Adana təmsilçisi “Bucaspor”, “1461 Trabzon” və “Karşıyaka” ilə birgə 3-6-cı yerləri bölüşür.