Rail Məlikovun təəssüfü
28.10.2012 - 19:29
Azərbaycanlı futbolçu Rail Məlikov bu gün “Dənizlispor”un heyətində Türkiyə I liqasında növbəti maçına çıxıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin komandası səfərdə “Qartalspor”un gücünü yoxlayıb.
Oyun ev sahiblərinin qələbəsi ilə başa çatıb. 70-ci dəqiqədə Yıldızın vurduğu qol “Qartalspor”a 3 xal qazandırıb. Start heyətində meydana çıxan Məlikov qarşılaşmanı əvəzolunmadan keçirib.
Qeyd edək ki, IX turdan sonra aktivində 11 xalı olan “Dənizlispor” turnir cədvəlində 10-cu yerdə qərarlaşıb.

0
0