“Neftçi”dən istefa verənlərin adı bilindi
28.10.2012 - 19:43
“Neftçi”dən istefa verənlərin adı bilindi
“Neftçi” klubundan istefa verənlərin adları məlum olub. Apasport.az saytının məlumatına görə, “Topaz” Premyer Liqasının hesabat turunda “Rəvan”a uduzduqdan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla “ağ-qaralar”ın məşqçilər korpusu və klubun rəhbərliyi, o cümlədən vitse-prezident Tahir Süleymanov istefa verib.

Bununla bağlı son qərarı isə “Neftçi”nin prezidenti Sadıq Sadıqov verəcək. Məsələ ilə əlaqədar komanda rəsmilərinin münasibətini öyrənmək cəhdimiz baş tutmayıb.

Qeyd edək ki, “Neftçi” rəhbərliyi “Topaz” Premyer Liqasının hesabat turunda “Rəvan”a 0:2 hesabı ilə uduzduqdan sonra bu addımı atıb.