Vəli Qasımov: İstədiyimiz futbolu nümayiş etdirə bilmədik
28.10.2012 - 19:57
“Bu cür çətin hava şəraitində, belə meydançada yaxşı futbol oynamaq çətindir. Bizim də, Gürcüstan yığmasının da qələbə qazanmaq imkanı vardı”. Apasport.az saytının məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində bu gün keçirilmiş Gürcüstan – Azərbaycan oyunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Vəli Qasımov deyib.
O 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra affa.az saytına fikirlərini bildirib: “Amma hər iki komanda istədiyi futbolu nümayiş etdirə bilmədi. Son tur ərəfəsində bütün komandaların növbəti mərhələyə yüksəlmək şansı qalır. Belə hava şəraitində komandaların hamısı üçün oynamaq çətin olacaq”.

0
0