“Partizan” 1-ci, “İnter” 3-cü, “Rubin 7-ci
29.10.2012 - 10:44
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri milli çempionatlarda növbəti oyunlarını keçiriblər. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın hər 3 rəqibi qələbə qazanıb.
“Partizan” Serbiya birinciliyinin 10 turunda doğma arenada “Novi Pazar”ı qəbul edib. Qarşılaşma Belqrad klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. “Partizan”ın heyətində hərəyə bir dəfə Marko və Stefan Sçepoviç qardaşları və Lazar Markoviç fərqlənib. 10 oyundan sonra 27 xal yığan “Partizan” liderliyini davam etdirir.
“İnter” də İtaliya A seriyasında növbəti qələbəsini qazanıb. “Neradzurra” səfərdə “Bolonya”dan güclü olub. Milan klubu rəqibini 3:1 hesabı ilə məğlub edib. Andrea Ranokkiyanın qolu ilə önə keçən Stramaççonin yetirmələri ardından Dieqo Milito və Esteban Komabiyassonun qollarına seviniblər. “İnter” 9 turdan sonra hesabına 21 xal yazmaqla, 3 yerdədir.
Rusiya Premyer Liqasında “Anji”ni qəbul edən “Rubin” 2:1 hesabı ilə qalib gəlib. Kazan klubunun qollarını Oleq Kuzmin və Alan Kasayev vurublar. Bu qələbə ilə “Rubin”in xalları 21 olub. Onlar 13 turdan 7-ci pillədə qərarlaşıblar.

0
0