Yığmamız İtaliya və Yunanıstanla oynaya bilər
29.10.2012 - 11:18
Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan XXV beynəlxalq ənənəvi turnirdə iştirakçı ölkələrin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn il yanvarın 5-13-də 1995-ci ilə təvəllüdədək futbolçular arasında təşkil ediləcək yarışda 16 yığma iştirak edəcək. Son illərdə olduğu kimi Azərbaycan da siyahıda yer alıb.
Komandamızın rəqibləri Belarus, Belçika, Yunanıstan, İran, İtaliya, Qazaxıstan, Latviya, Litva, Rusiya, Sankt-Peterburq, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya və Çexiya milliləri olacaqlar. Qarşılaşmalar yerli vaxtla saat 12:00-dan 21:00-a qədər Peterburq İdman Konsert Kompleksində olacaq. Turnirin son günündə bir neçə oyun isə “Zenit” İdman Oyunları Sarayında keçiriləcək.
Qeyd edək ki, son analoji yarışda komandamız 12-ci yeri tutmuşdu.

0
0