Ferqyusson qeyri-adi hadisə ilə üzləşdi
29.10.2012 - 18:30
Ferqyusson qeyri-adi hadisə ilə üzləşdi
Dünyanın ən güclü məşqçilərindən olan Aleks Ferqyusson qeyri-adi hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, 1986-cı ildən çalışdırdığı “Manşester Yunayted”ə çoxsaylı titullar qazandıran təcrübəli mütəxəssisi 80 yaşlı qadın tənqid edib.

Roçdeyldən olan Marqaret adlı bu qadın “Mançester Yunayted”ə həsr olunan populyar şouya zəng edərək, Feryqussonun Çempionlar Liqasının qrup mərhələsində “Braqa” ilə çətin qələbə qazandığı oyuna seçdiyi taktikadan narazılıq edib: “Bu, axmaq taktika idi. Bu oyun sxemində biz cinah hücumçularsız qalırıq ki, o da uğura gətirib çıxarmır. Məgər siz görmədiniz ki, qolların hamısı məhz bu taktika sayəsində buraxırıq? Biz normal oynamaq üçün köhnə taktikaya qayıtmalıyıq. Əgər komanda belə oynamaqda davam edərsə, mənim ürək tutmam olacaq”.