“Çempionatın əvvəlində ədalətsizliklər oldu”
31.10.2012 - 10:30
“Qarabağ” klubunun və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi
- Əməliyyatınız necə keçdi? Məşqlərə nə vaxt başlayacaqsınız?
- İstanbulda cərrahiyyə əməliyyatı olundum. Müayinə meniskdən əməliyyatın qaçılmaz olduğunu göstərdi. Diz nahiyəmdə yırtıq vardı. Hazırda müalicə gedir. Yavaş-yavaş qaçmağa başlayacağam. Toplu çalışmalara başlamaq isə 3 həftə çəkəcək.
- İstənilən halda, noyabrın 14-də Şimali İrlandiya ilə matçda milliyə kömək edə bilməyəcəksiniz...
- Həmin oyuna hələ çox vaxt var. Klubda 1-2 futbolçu olmayanda yeri görünür. Ancaq millidə seçim böyükdü. Şimali İrlandiya ilə oyunda layiqincə əvəz olunacağıq.
- Rusiya ilə qarşılaşmada layiqincə əvəzləndiniz?
- Mənim mövqeyimdə Ruslan Abışov çıxış etdi. Onun müdafiənin mərkəzində yaxşı oynayacağına şübhəm yox idi. Yarımmüdafiədə olduğu kimi, müdafiədə də özünü yaxşı tərəfdən göstərdi.
- Şimali İrlandiya yığmasının Portuqaliyadan heç-heçə ilə qayıtması narahatçılıq yaratmır ki?
- Belə götürsək, Şimali İrlandiya ötən seçmə mərhələ ilə müqayisədə bu il elə də yaxşı çıxış etmir. O vaxt qrupdan çıxmağa iddialı idilər. Ancaq indi Lüksemburqla ev oyununda xal itirdi, Rusiyaya məğlub oldu. Fikrimcə, Belfastda yaxşı oyun olacaq və nəticə qazanmağımız lazımdır.
- Hesab etmirsiniz ki, indi yığmadan daha çox yeriniz “Qarabağ”da görünür? Çünki heyətlə bağlı problemləri olan komandanız son oyunlarda qələbə qazana bilmir...
- Komandada bunadək yetərincə problemlərimiz var idi. Bunları komanda şəklində aradan qaldırmağı çalışırdıq. Bu ilki çempionat elədir ki, qazandığın hər xal sanki qızıla bərabərdi. İndidən “altılığ”a kimlərin deşəcəyini demək olmaz.
- Turnir cədvəlində belə ardıcıllığı olan çempionat, liderlərin bu qədər xal itirməsi bizim yadımıza gəlmir...
- Ümumiyyətlə, bu il əksər çempionat belə keçir. Türkiyə Superliqasına baxsaq, orda da belə bir səhnə var. Bizdə “Simurq” 19, Türkiyədə liderin 18 xalı var. Rusiyaya baxsan, “Terek”lə “Anji” ilk “üçlük”də yer alıb. İldən-ilə güclü-zəif söhbəti yığışdırılır, komandalar bərabərləşir.
- “Yetərincə problemlər” deyəndə, nəyi nəzərdə tutursunuz?
- Əsas problem nəticə ilə bağlı idi. Oyunlarımızı izləyənlərin hamısı bunu deyə bilər. Yalnız AZAL-a 2:6 hesabı ilə yenildiyimiz görüşü çıxmaq şərti ilə heç bir rəqibə oyun baxımından uduzmamışıq. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmirik, qapımızda absurd, uşaq səhvlərindən qollar görürük. Belə xallar itirmişik. Üstəlik, 3-4 futbolçunun sıradan çıxmağı – mənimlə Ansi Aqollinin əməliyyat olunmağı, Əfran İsmayılovun uzun müddət oynamamağı, Maksim Medvededin cəzalı olmağı yerinə düşmədi. Hesab edirəm ki, ehtiyatda yaxşı gənc futbolçularımız var. Bu, onlar üçün gözəl şansdır ki, özlərini yaxşı tərəfdən göstərsinlər və komandamıza elə bil yeni nəfəs qatsınlar. Özünüz də görürsünüz ki, axır turlarda Bədavi Hüseynov, Hacı Əhmədov oynayır, Qara Qarayev bunadək çıxış edirdi. Gənclərimiz çox oynamağa başlayıb ki, bunun özü də sevindirici haldır. Fikirləşirəm ki, Azərbaycan futbolu üçün ortaya yeni istedadlı simalar çıxmaq üçün onlara bir fürsət olar.
- Həm “Neftçi”nin oyunları, həm də ölkəmizdə keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı ilə əlaqədar Premyer Liqada təxirəsalmalar da mübarizəyə, turnir cədvəlində ardıcıllığı öz təsirini göstərir...
- İndiki çempionat stabil getmir. Bu, başa düşüləndir, “Neftçi” Avroliqanın qrup mərhələsində oynayır. Həm bunu, həm də yorğunluğu nəzərə alaraq mən “Neftçi”yə güzəşt edilməyin tərəfdarıyam. Ancaq baxırsan ki, qızlara görə bəzi oyunlarda dəyişikliklər oldu. Evdə oynamalı idik, amma səfərə gedirik. Ümid edirəm ki, bundan sonra stabillik olar. Hamı da bilər ki, kim harda oynayır, rəqibini harda qəbul edir, kim necə oynayır, hamısı qaydasına düşər. Bu, bizim çempionata böyük zərbədi.
- Çempionata görə təxirə salmaları, yerdəyişmələri lüzum görmürsünüz?
- Hesab edirəm ki, çempionatın əvvəlində bəzi ədalətsizliklər oldu. Bir “Qarabağ”, bir də “Simurq” bütün oyunlarını keçirdi. Çətinlik olanda kimsə oynayır, kimisi yox. Bu çempionatda belə şeylər çox olur.
- Bunlar sonda hansısa bir komanda üçün bəhanə ola bilərmi?
- Biz heç vaxt bəhanə gətirməyəcəyik. Sadəcə, baxırsan, balaca səbəblərdir ki, sonda gətirib böyük problemə çıxarır. Böyük problemlər birdən-birə yaranmır.

0
0