“Xəzər Lənkəran” üçün yağlı tikə
31.10.2012 - 11:00
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının XI turunda “Sumqayıt”la qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, I dövrənin son turunda qarşılaşacaq bu komandalar indiyədək 2 dəfə qarşılaşıblar. Hər 2 qarşılaşmada cənub klubu qalib gəlib.
Ötən mövsüm baş tutan matçlar Premyer Liqaya təsadüf edib. Həmin vaxt elitanın debütantı olan “gənclər şəhərciyi”nin təmsilçisi ilk matçda “Sumqayıt Şəhər”, 2-ci qarşılaşmada “Sumqayıt” adını daşıyıb. Lakin hər 2 matçda eyni sayda – 3 qol vurulub.
3 qolun vurulduğu matçların hər ikisində 3 xal qazanan “Xəzər Lənkəran”ın şərəfini bu oyunlarda 20 futbolçu qoruyub. Onlardan 7-si hər 2 matçda meydana çıxıb. 4-ü əvəzolunmadan mübarizə aparıb.
Komandanın 5 qolunu 5 müxtəlif oyunçu vurub: Andrey Mureşan, Katalin Doman, Emeka Opara, Julius Vobay və Eder Bonfim.

| 2011/12 | 06.08.2011 | Çempionat | e | 2-1 |
| 2011/12 | 03.03.2012 | Çempionat | s | 3-0 |
0
0