Aqil Abbas: Lazım olsa, maşınımı sataram
31.10.2012 - 13:46
“Qarabağ” hazırda Ağdamın komandası deyil. Ev oyunlarında azarkeşlərinin az olmasına gəlincə, bunun da səbəbi var. Çünki “Qarabağ” rəqiblərini doğma Ağdamda yox, Bakıda qəbul edir”. Bu sözləri apasport.az saytına açıqlamasında millət vəkili Aqil Abbas deyib.
“İnter” klubunun prezidenti Georgi Nikolov dünənki müəllif yazısında Topaz Premyer Liqasına azarkeş marağının az olmasını qabardıb. O, daha sonra “Qarabağ”ı niyə “xalq komandası” adlandırılar ki? Quzanlıda oynamayandan sonra matçlarına 1000-dən çox adam gəlmir” fikirlərini əks etdirib.
Bununla bağlı fikirlərini açıqlayan Aqil Abbas “İnter”in prezidentinin haqlı olduğunu bildirib: “Nikolov düz deyir. “Qarabağ” Bakıda oynadığı üçün azarkeşlərini itirib. Halbuki, bir müddət öncə rəqiblərini Quzanlıda qəbul edəndə stadiona xeyli insan gəlirdi. Quzanlıda yaxşı şərait, Olimpiya İdman Kompleksi var. Sadəcə, meydançanın ot örtüyü bir az pisdir ki, onu da mən düzəldə bilərəm. Lazım olsa, maşınımı sataram”.
Deputatın sözlərinə görə, Ağdamda yeni komanda yaratmaq lazımdı: “Mən “Qarabağ”ın sponsoru “Azərsun”dan yox, ağdamlılardan inciyirəm. Yeni bir komanda yaradın, o da Ağdamda oynasın. Vacib deyil ki, yüksək liqada mübarizə aparsın. Əvvəl I divizionda çıxış etsin. Səhv etmirəmsə, hazırda “Qarabağ”da yeganə ağdamlı futbolçu Vüqar Nadirovdu. Mənim baş məşqçi Qurban Qurbanova və komandaya heyfim gəlir. “Qarabağ”ın futbolçuları 100-120 dollar alanda da Avropaya çıxırdılar, biz də oyunlarına gedirdik. Deməli, pul hər şeyi həll etmir”.

0
0