“Bu gün dünyada cəmi 2 super futbolçu var: mən və Messi”
31.10.2012 - 14:56
“Kaş mənim də Messi kimi 10 nəfərə qarşı tək oynamaq imkanım olardı. O, zaman çox şey qazanırdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Real”ın hücumçusu Kriştianu Ronaldu deyib.
Portuqaliyalı futbolçu Messinin sərgilədiyi oyunun onu təəccübləndirmədiyini bildirib: “Həmişə futbolda bir neçə güclü, bərabər səviyyəli futbolçular olub. Amma indi vəziyyət fərqlidir. Başqa həmkarlarım məndən inciməsin, ancaq bu gün dünyada cəmi 2 super futbolçu var: mən və Messi. Qalanları bizdən çox geri qalırlar. Bu üzdən şəxsi titullar uğrunda mübarizə yalnız ikimiz arasında gedir”.
Ronaldo, həmçinin Radamel Falkaonu da fərqləndirib: “Radamel Falkaonu unutmayın. O, “Atletiko”nun lideridir. Keçən mövsüm əla futbol oynadı. Bu mövsüm daha da artırıb. La Liqanın bombardiri olmaq uğrunda mənə və Messiyə layiqli rəqib olacağını düşünürəm. Başqa heç bir futbolçu bizim aramıza girə bilməz”.

0
0