“Real”ın futbolçusu Rusiya yığmasında
31.10.2012 - 15:58
“Real”ın futbolçusu Rusiya yığmasında
Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi olan Rusiya millisinin ABŞ-la noyabrın 14-də keçiriləcək yoldaşlıq görüşü üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Fabio Kapello amerikalılarla matçda iştirak etmək üçün 35 futbolçuya dəvət göndərib.

Bunlardan 4-ü qapıçı, 12-si müdafiəçi, 14-ü yarımmüdafiəçi, 5 isə hücumçudur.

Qapıçılar : İqor Akinfeyev (MOİK), Aleksandr Belenov (“Kuban”), Vladimir Qabulov (“Anji”), Artem Rebrov (“Spartak”).

Müdafiəçilər: Aleksandr Anyukov, Renat Yanbayev (hər ikisi “Zenit), Aleksey Berezutski, Vasiliy Berezutski, Sergey İqnaşeviç, Georqi Şennikov (hamısı MOİK), Taras Burlak, Andrey Eşenko (hər ikisi “Lokomotiv”), Vladimir Qranat (“Dinamo”), Yuri Jirkov, Arseni Loqaşov (hər ikisi “Anji”), Yevgeni Makeyev (“Spartak”).

Yarımmüdafiəçilər: Diniyar Bilyaletdinov, Dmitriy Kombarov (hər ikisi “Spartak”), Vladimir Bıstrov, İqor Denisov, Viktor Fayzulin, Roman Şirokov (hamısı “Zenit”), Denis Qluşakov, Məhəmməd Ozdoyev, Aleksandr Səmədov, Dmitri Tarasov (hamısı “Lokomotiv”), Alan Dzaqoyev (MOİK), Vladimir Kulik (“Kuban”), Denis Çerışev (“Real”), Oleq Şatov (“Anji”).

Hücumçu: Maksim Qriqoryev ( “Lokomotiv”), Artem Dzyuba (Spartak”), Aleksandr Kerjakov (“Zenit”), Aleksandr Kokorin (“Dinamo”), Fedor Smolov (“Anji”).

Qeyd edək ki, yekun heyət gələn həftə bilinəcək.